Əfqanıstanda məsciddə partlayış baş verib

Əfqanıstanın Məzari-Şərif şəhərində namaz vaxtı məsciddə patlayış baş verib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli "1TV News" telekanalı məlumat yayıb.

Bildirilib ki, məscid şəhərin gediş-gəlişin çox olduğu hissəsində yerləşir. Partlayış nəticəsində çoxsaylı yaralının olduğu güman edilir.

21.04.2022 14:35
247