Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda 5,7 maqnitudalı zəlzələ olub.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Xidməti bildirib.

Məlumata görə, yeraltı təkanların episentri əhalisi 12 min nəfər olan Corm şəhərindən 40 km cənubda yerləşib. Zəlzələnin ocağı 190 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

17.10.2024 00:47
374