Musavat.com xəbər verir ki, ARB 24-ün "Peşəkar mübahisə" layihəsində bu dəfə regionun gündəmini zəbt edən mühüm mövzular ətrafında dərin və kəskin müzakirələr aparılıb.
Mübahisə masasında Yeni Müsavat Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu ilə “Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Habiloğlu əyləşiblər. Tərəflər bir-birindən maraqlı arqumentlərlə çıxış edərək regionun siyasi mənzərəsini müxtəlif baxış bucağından şərh ediblər.
Aparıcı tanınmış telejurnalist Çinarə Nurməmmədovadır.
Müzakirə olunan əsas mövzular:
• Ordumuzun mövqelərinin atəşə tutulması və cavab tədbirləri – Ekspertlər Ermənistan tərəfinin təxribatlarına qarşı Azərbaycanın adekvat və qətiyyətli cavabını qiymətləndirib.
• Paşinyanın Qazax sərhədinə səfəri və demarkasiya prosesi – Bu səfərin arxasında yatan məqsədlər və Ermənistan cəmiyyətinə mesajlar analiz olunub.
• Xocalı ilə bağlı separatçıların etirafları – Mövzu ətrafında tarixi reallıqlar, ictimai rəylərə təsiri və beynəlxalq arenada yaranacaq hüquqi nəticələr müzakirə olunub.
• Suriya – Azərbaycan əməkdaşlığı – Suriyanın neft və qaz yataqlarının işlənməsi sahəsində Azərbaycandan kömək istəməsi və Azərbaycanın regionun bərpasında oynaya biləcəyi rol vurğulanıb.
• İran-Rusiya-ABŞ üçbucağı və onun regiona təsiri – Böyük güclər arasında gərgin münasibətlərin Cənubi Qafqaz və Yaxın Şərqə təsirləri geniş təhlil olunub.
Proqram boyu həm lokal, həm də qlobal miqyasda maraq doğuran bu məsələlərə dair qarşılıqlı fikir mübadiləsi və polemikalar efirdə gərgin anlar yaradıb.
Musavat.com olaraq həmin maraqlı və informativ müzakirənin tam videosunu oxucularımıza təqdim edirik.
Musavat.com