Efirdə dünyasını dəyişən atasından danışıb ağladı - VİDEO

Əməkdar artist Qorxmaz Əlilicanzadə "Elgizlə izlə" verilində mərhum atası aktyor və rejissor Məmməd Əlilidən danışıb.

Atası ilə bağlı xatirələrini bölüşən aktyor efirdə ağlayıb.

"O vaxt mükafat almaq üçün siyahıda atamın adı da verilmişdi. Amma atamın adı keçmədi. Zəng edib maraqlandı, fəxri adı olmadığına görə mükafata layiq görülməmişdi. Moskvadan gəlib bir baş birinci katibin otağına girmişdilər ki, bu adama hələ də ad verməmisiniz? O ad ona veriləndən 5-6 ay sonra onu işdən çıxartdılar. Düşmənlər, gözü götürməyənlər var idi. Cəfər Cabbarlı sevməyənlər var idi, atam onun dostu idi.

Elə olmuşdu ki, anam rəhmətlik pəncərədən atama uşaq üçün dəftər al demişdi. O da əli ilə göstərib ki, haradan alım? Bilirsən ki, yoxdur. Yolda Rəsul Rza ona rast gəlib. O, atamın üzünü görəndə vəziyyəti başa düşüb. Bilir ki, neçə aydır atamı işdən çıxarıblar. Ona deyir ki, utanmırsan, nə vaxtdır səni axtarıram, məni tutdurmaq istəyirsən? Atam soruşur ki, nə olub? Deyir ki, sənə neçə aydır maaş yazdırmışam, bilirəm, işdən çıxarıblar səni. Atamın gözünə işıq gəlib. Aparıb atama 3 aylıq maaşa qol çəkdiriblər. Biz o aclığı, çətinliyi görmüşük.

Mənə gündə 1 abbası pul verirdi. Elə olurdu, verə bilmirdi. Həyatda mərd böyümüşəm, heç vaxt alçaq hərəkət etməmişəm, kiməsə pisliyim dəyməyib. Yaxşılığı Allah yolunda etmişəm. Elə bir hərəkət etməmişəm ki, arxamca desinlər ki, gəldi əclaflıq etməyə. Məni Allah yaxşılıq etmək üçün yaradıb.

4-cü kurda oxuyanda atam mənə 4 manata şalvar, 3 manata isə köynək aldı. Onu indiki cavanları 99 faizinə versən, deyərlər ki, bunu geyinmərəm. İdman ketası ilə qışda qarın üstündə piyada gedib gəlirdim. Atamın üzünə ağ olmamışam. İndi cavanlar valideyni qınayır ki, məni niyə dünyaya gətirdin? Kaş burada doğulmayaydım. Belə övlad olar? Övlad ata-ana qədri bilməz? Elə övladlara nifrət edirəm. Ata-anasına hörmət etməyən dostlarımdan bir neçəsinə buna görə küsmüşəm. Çünki ata-anasını seməyən övlad nə sevgilisini, nə dostunu sevər. O özü üçün yaşayır. Onun üçün pul hər şeydən vacibdir" deyə, Qormaz Əlili söyləyib. (Axşam.az)

06.10.2024 22:26
1849