Efirdə aktrisa ilə qonaq arasında QALMAQAL -İşə polis qarışdı

“Əməkdar artist Mehriban Xanlarovaya hücum edildi” başlığı altında yazılan xəbərlər yalandır.

Yenisabah.az xəbər verir ki, bu sözləri aktrisanın köməkçisi deyib. O bildirib ki, Mehriban Xanlarova “Bizimləsən” verilişində ögey anası tərəfindən şiddətə məruz qalan uşağı müdafiə etdiyi üçün verilişdən sonra həmin qadınla aralarında mübahisə olub və bu məsələ barədə aktrisa hüquq-mühafizə orqanlarına müraciət edib.

Köməkçi həmçinin qeyd edib ki, hər şey yaxşıdır. Aktrisanın bu barədə sözügedən verilişdə daha ətraflı məlumat verəcəyi bildirilib.

11.06.2024 16:03
1335