"ƏDV geri al" mexanizminə dair yeni güzəşt - 100 manat nəğd xərcləyənə... - EKSPERT RƏYİ

100 manat nəğd xərcləyən müştəri "ƏDV Geri al" mexanizmi ilə əldə edilən gəlirin vergidən azad edildiyi üçün nə qədər qazanır?

Son vaxtlar əhalinin daha çox verdiyi suallardan biri budur.

f7a9bad7-bdd6-44a6-bad7-983e9dbb5643.jpg (255 KB)

İqtisadçı-ekspert Eldəniz Əmirov Musavat.com-a bunu belə izah edib:"Müştəri marketdə ƏDV-yə cəlb edilmiş məhsullar üçün cibindən 100 manatı çıxarıb nəğd pul xərcləyir. Bu pulun 15 manat 25 qəpiyi ƏDV-dir. 15 manat 25 qəpiyin  5%-i "ƏDV geri al" mexanizmi ilə müştəriyə geri qayıtdığı üçün müştəriyə 76 qəpik pul geri qayıdır.

Geri qayıtmış 76 qəpik müştərinin gəliri olduğu üçün ondan təxminən 10 qəpik vergi  tutulur.  Yeni vergi güzəşti ilə artıq bu növ vergi tutulmayacaq.

Deməli, "ƏDV geri al" mexanizminə dair yeni güzəşt 100 manat nəğd xərcləyənə 10 qəpik (nəğdsiz 36 qəp.) qazandırır".

Afaq,
Musavat.com

02.01.2024 22:10
13141