"ƏDV geri al"ı saxtalaşdıranlarla bağlı YENİ XƏBƏR - VİDEO

ƏDV-ləri geri alarkən diqqətli olun.

Elektron Təhlükəsizlik Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, kiberdələduzlar tərəfindən "əəə.edv-geri.com" adı altında saxta veb-sayt yaradılıb.

Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlar tələb olunur.

Elektron Təhlükəsizlik Xidmətinin sektor müdiri Ləman Hüseynzadə vətəndaşları diqqətli olmağa çağırıb.

Sektor müdiri həmçinin onu da qeyd edib ki, vətəndaşlar belə hallarla rastlaşarsa, o zaman aidiyyəti üzrə müraciət etsinlər.

Musavat.com Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

19.11.2023 15:43
1429