Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə mobil telefonlar keçirilməsinin qarşısı alınıb.
Bu barədə Musavat.com-a xidmətdən məlumat verilir.
Bildirilir ki, məhkum Nizaməddin Xanhüseyn oğlu Ağayevə anası Xatəmə Əlibəndə qızı Ağayevanın gətirdiyi sovqatdakı qazanın içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd mobil telefon aparatı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.