Əməkdar artist Ədalət Şükürov məclislərindən birində Xalq artisti Həmidə Ömərovaya jest edib.
Bu barədə Ədalət Şükürov öz sosial şəbəkə hesabında məlumat verib.
Aparıcı Şəhriyar Əbilovun ad günündə mahnı oxuyan müğənni Xalq artisti Həmidə Ömərovanı rəqsə dəvət edib. Bu zaman Ədalət pencəyini Həmidə Ömərovanın ayaqlarının altına sərib.
Həmidə xanım bu jestin qarşısında pencəyi tapdamayaraq rəqs etməyə başlayıb./Lent.az