Əbu-Dabiyə uçan Xatirə İslam: səhərə qədər gözümü yummamışam - VİDEO

Müğənni Xatirə İslam ailəsi ilə Birləşmiş Ərəb Əmirliyinə tətilə gedib.

Əbu-Dabidə dincələn sənətçi fotolarını “Instagram”da paylaşıb.

O, həyat yoldaşı Fəxrəddin Musazadə və oğlu Emillə dincəldiyini bildirib. 

Xatirə, eyni zamanda, təyyarə qorxusunun olduğunu vurğulayıb:

“İlk dəfədir, Əbu-Dabidəyəm. Səhərə qədər gözümü yummamışam. Mənim təyyarə fobiyam var idi. Bu axşam daha çox oldu. Şükür, yaxşı gəldik çatdıq”.

Sənətçi çamadanının təyyarədə sındırıldığı görüntüləri paylaşıb. (Oxu.az)

25.03.2024 17:04
5016