Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə qatıldığı toy məclisində Günel Zeynalova ilə eyni səhnəni paylaşmaqdan imtina edib.
Axşam.az-ın məlumatına görə, mövzu Türkiyədə proqramlarda günlərdir müzakirə mövzusu olub. Bu dəfə "Beyaz maqazin" aparıcıları Selen Görgüzer, Bilal Özcan və Didem Delen məsələyə münasibət bildiriblər.
Didem "Ebru yeni mahnısını çıxartdı. Mahnının piarı üçün ən böyük dəstək Güneldən gəldi. Sizcə, Ebru qalmaqaldan istifadə edib yeni mahnılarını təqdim edib" sualına digər aparıcılar etiraz edib.
Bu günlərdə Ebru "Bir sebebi var" və "Bodrum" adlı iki yeni mahnısını dinləyicilərin ixtiyarına verib.
Qeyd edək ki, Ebru Günel iş adamı Reza Zərrabla nişanlı olan ərəfədə onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar. Onların bu nikahdan bir qız övladı var.