Xəbər verdiyimiz kimi, məşhur türkiyəli müğənni Ebru Gündeş Azərbaycana gəlib. Şəmkirdə sünnət mərasiminə dəvət alan müğənni səhnədə canlı orkestr ilə çıxış edib, hit mahnılarını səsləndirib. Toyda Ebru Gündeşdən başqa yerli sənətçilər də iştirak ediblər. Amma onların iştirakı Ebru qədər rezonans doğurmayıb.
Demokrat.az oğlunun kiçik toyuna türkiyəli müğənnini dəvət edən şəmkirli iş adamı Aydın Musayev haqqında bəzi məlumatlar əldə edib.
Məlum olub ki, o, Bakıdakı "Metropark" ticarət mərkəzinin sahibidir.
Aydın Musayevin bundan başqa bir çox ticarət obyektləri də var. Həmçinin, Moskvada meyvə ticarəti ilə məşğuldur.