"Düşüncəmiz dəyişməsə, qohum evliliklərilə bağlı inzibati qadağaların faydası olmayacaq"

"Düşüncəmuz dəyişməsə, qohum evliliklərilə bağlı inzibati qadağaların faydası olmayacaq".

Musavat.com bildirir ki, bu barədə tanınmış pediatr Vaqif Qarayev bildirib. O, qeyd edib ki, əksəriyyət qohum və erkən nikahları təhsilsizliklə əlaqələndirsə də, əslində səbəb başqadır:

"Təhsilli (diplomlu) olmaq hələ savadlı olmaq deyil! Statistik məlumata görə qohum evlilik ən çox Bakıda qeydə alınıb. Halbuki bizim fikrimizcə, şəhərdə yaşayanlar guya təhsillidir. Bu arada Gürcüstanda da rəsmi statistikaya görə ən çox erkən nikahlar Tİflisdə qeydə alınıb.

Evlilik məsələsi valideyn olaraq bizim zəif nöqtəmizdir. "Qızım evdə qalar, haqqında pis danışarlar", "oğlum gec evlənsə deyərlər xəstədir", "öz yaxşımı niyə yada verim, qohum varkən?", "dədə-babadan müsəlman qızını tez ərə verib", "yalandır həkimlərin dedikləri, mənim filankəsim xalauşağıdı, əmiuşağıdı, amma uşaqları sapsağlamdır", "mənim qohumum 13 yaşında ərə getdi, 3 sağlam uşaq doğub" və s. və i.a. bu kimi fikirlər səsləndirənlər var. Belə hallar ola bilər, amma kiçik istisnalardır. Ümumi statistika isə ürəkaçan deyil. Dünyaya gələn uşaqlar əksər hallarda əqli və fiziki əngəllii olur. İnzibati qadağaların faydası olacaqmı? - Düşüncəmiz dəyişməsə, olmayacaq".

vaqifqarayevpediatr.jpg (31 KB)

Vaqif Qarayev

Xatırladaq ki, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov qohum evliliyin qadağan oluna biləcəyini deyib.

Onun sözlərinə görə, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur.

 

Xalidə Gəray
Musavat.com

13.03.2024 21:18
466