Durovu Fransada nəzarət altında nə gözləyir?  

"Fransada Durovun məhkəmə nəzarəti istintaqın sonuna qədər, yəni bir neçə il davam edə bilər".

Musavat.com xəbər verir ki, bunu fransalı hüquqşünas RİA Novosti-yə bildirib.

Eyni zamanda qeyd edilir ki, Telegram-ın təsisçisi istənilən vaxt nəzarətin ləğv edilməsi tələbi ilə hakimə müraciət edə bilər.

"Bundan əlavə, Durov işləməyə davam edə bilər, çünki Fransada məhkəmə nəzarəti internet və telefondan istifadəyə məhdudiyyətlər demək deyil",-deyə fransız hüquqşünas bildirib.

29.08.2024 16:53
380