Rusiyanın Fransadakı səfirliyi Fransa hökumətindən Telegram messencerinin həbsdə olan həmtəsisçisi Pavel Durovun hüquqlarına riayət olunmasını təmin etməyi tələb edib. Lakin indiyə qədər Paris bu məsələdə qarşılıqlı əlaqədən yayınıb.
Musavat.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin mətbuat xidməti məlumat yayıb.
“Mediada Pavel Durovun saxlanması ilə bağlı xəbərlər çıxandan sonra onlar dərhal Fransa hökumət orqanlarından səbəblərin aydınlaşdırılmasını istəyiblər və Durovun hüquqlarının müdafiəsini təmin etməyi və konsulluğa girişin təmin edilməsini tələb ediblər. Bu günə olan məlumata görə, Fransa tərəfi hələ də bu məsələdə qarşılıqlı əlaqədən yayınır”, - deyə Rusiya diplomatik missiyası Durovun vəkili ilə əlaqə saxladıqlarını bildirib.
Şahanə Rəhimli
Musavat.com