Telegram-ın qurucusu Pavel Durov Pasxa bayramı münasibətilə öz İnstaqram hesabında yeni fotoşəkillər paylaşıb.
Musavat.com-un məlumatına görə, o, izləyicilərini bayram münasibətilə təbrik edərkən, üst geyimi olmadan çəkilmiş şəkillərini seçib.
"Pasxa bayramınız mübarək – Azadlıq və Dirçəliş Günü!" – deyə Durov paylaşımına qeyd edib.
Foto və mesaj sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər həm təbrik məzmununu, həm də onun təqdimat formasını müxtəlif cür qarşılayıblar.
Musavat.com