"Telegram" mesencerinin qurucusu Pavel Durov kibercinayətlərdə şübhəli bilindiyi üçün dindirilir.
Musavat.com xəbər verir ki, dindirilmə bir sıra cinayətlərdə şübhəli bilinən adı açıqlanmayan şəxslə bağlı aparılan istintaq çərçivəsində aparılır.
İşdə ümumilikdə 12 epizod var. Bunlar səlahiyyətli orqanlara məlumat verməkdən imtina, dələduzluq və narkotik satışında şəriklik, uşaq pornoqrafiyasının saxlanmasında iştirak, çirkli pulların yuyulması və digərləridir.
Musavat.com