Telegram-ın yaradıcısı Pavel Durov Bakıda Rusiya prezidenti Vladimir Putinlə görüşməyə cəhd edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Baza Telegram kanalı yayıb.
Məlumatda qeyd edilir ki, səfərdən bir neçə gün əvvəl prezident administrasiyasının rəsmiləri Putinə Pavel Durovla görüş təşkil etməyi təklif ediblər, lakin Putin bundan imtina edib: “İmtinanın səbəbi məlum deyil (görüşün nəzərdə tutulan mövzusu kimi). Vladimir Putin iki gün Azərbaycanda səfərdə olub”.
Qeyd edək ki, P.Durovun Rusiya Prezidentinin səfəri ərəfəsində Bakıya gəlişinin səbəbləri Azərbaycanda da müzakirələrə səbəb olub.
Musavat.com