1992-ci ildə Xocalıda 8 gün erməni əsirliyində qalan Dürdanə Ağayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxınları məlumat verib.
Qeyd edək ki, 1972-ci ildə Xocalıda anadan olan Dürdanə Ağayeva soyqırım zamanı ermənilər tərəfindən girov götürülüb, 8 gün erməni girovluğunda qalıb. Milli Qəhrəman Allahverdi Bağırov tərəfindən yanacaq qarşılığında əsirlikdən azad edilən 60 qadının içərisində Dürdanə Ağayeva da olub.
D. Ağayeva əsirlikdən sonra “Erməni zindanında səkkiz gün” kitabını yazıb.
Allah rəhmət eləsin!
Musavat.com