NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya qəbul protokolu ilə bağlı qərarına görə Türkiyə prezident Ərdoğana təşəkkür edib.
Musavat.com xəbər verir ki, protokolla bağlı açıqlamanı ABŞ dövlət katibi Antoni Blinken verib.
“Prezident Ərdoğanın İsveçin NATO-ya üzvlük protokolunu təsdiq etməsini alqışlayırıq. Biz sənədləri almağı və İsveçi NATO-nun 32-ci üzvü kimi qarşılamağı səbirsizliklə gözləyirik. İsveç və alyans birlikdə daha güclüdür" - Blinken sosial media hesabından verdiyi açıqlamada qeyd edib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında keçirilən müzakirələrdən sonra İsveçin NATO-ya üzvlük prosesinin təsdiqi ilə bağlı protokol səsə qoyulub. Təklif səs çoxluğu ilə qəbul edilib.
Musavat.com