Bu il səyahət edənlərin sayı artdıqca, bütün dünyada müxtəlif istiqamətlərə gedən sərnişinlərin sayı da artıb.
Musavat.com AFAR-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.
Qeyd edilib ki, payızda beynəlxalq hava daşımaları pandemiyadan əvvəlki 98,2 faiz səviyyəsinə çatıb.
Məlumatda bildirilib ki, 2023-cü ildə ən işlək beynəlxalq hava marşrutu dörd il əvvəl ikinci yerdə olan 4,9 milyon sərnişinlə Kuala Lumpurdan (Malayziya) Sinqapura (Çanqi) olub.
Ən işlək 10 uçuş istiqaməti aşağıdakılardır:
Kuala Lumpur (Malayziya) - Sinqapur: 4,9 milyon sərnişin;
Qahirə (Misir) – Ciddə (Səudiyyə Ərəbistanı): 4,8 milyon sərnişin;
Honq Konq - Taypey (Tayvan): 4,6 milyon sərnişin;
Seul (Cənubi Koreya) – Osaka (Yaponiya): 4,2 milyon sərnişin;
Seul (Cənubi Koreya) – Tokio (Yaponiya): 4,15 milyon sərnişin;
Dubay (BƏƏ) – Ər-Riyad (Səudiyyə Ərəbistanı): 3,99 milyon sərnişin;
Cakarta (İndoneziya) - Sinqapur: 3,9 milyon sərnişin;
Nyu-York (ABŞ) – London (Böyük Britaniya): 3,88 milyon sərnişin;
Banqkok (Tayland) - Sinqapur: 3,5 milyon sərnişin;
Banqkok (Tayland) – Seul (Cənubi Koreya): 3,4 milyon sərnişin.
Musavat.com