Dünyanın ən böyük müdafiə sənayesi şirkətləri - Siyahıda TÜRKİYƏ də var

Türkiyə şirkətləri ən çox gəlir əldə edən müdafiə sənayesi şirkətləri sırasındadır.

Musavat.com xəbər verir ki, bu barədə “Defence News”un hazırladığı siyahıda bildirilir.

Belə ki, Türkiyə şirkətlərinin siyahıda yüksəlməsi diqqət çəkib.

2.jpg (93 KB)

Siyahıda ilk üçlükdə Amerikanın "Lockheed Martin", "RTX" və "Northrop Grumman" şirkətləri yer alıb. Çinin "Aviation Industry Corporation of China" şirkəti dördüncü yerdə qərarlaşıb.

3.jpg (78 KB)

ABŞ-ın "Boeing" və "General Dynamics", Böyük Britaniyanın "BAE Systems", Çinin "China North Industries Group Corporation Limited", ABŞ-ın "L3Harris Technologies" və Çinin "China South Industries Group Corporation" şirkətləri ilk 10-luğu tamamlayıb.

4.jpg (80 KB)

İlk 10-luğa daxil olan şirkətlər arasında "Northrop Grumman"ın 4-cü yerdən 3-cü yerə yüksəlməsi, "Boeing"in isə 3-cü yerdən 5-ci yerə düşməsi diqqət çəkib.

5.jpg (76 KB)

Türkiyənin "Aselsan" şirkəti 2 pillə yüksələrək 47-ci yerdə qərarlaşıb.

6.jpg (82 KB)

"Turkish Aerospace Industries" 9 pillə yüksələrək siyahıda 58-ci yerdə, "Roketsan" isə 6 pillə yüksələrək 80-ci yerdə qərarlaşıb. Siyahıda 100-cü yerdə "Askeri Fabrika ve Tersane İşletme" yer alıb.

7.jpg (89 KB)

ABŞ şirkətlərinin üstünlük təşkil etdiyi siyahıda Çin və Böyük Britaniya şirkətlərinin əksəriyyəti də diqqət çəkib.

8.jpg (80 KB)

9.jpg (80 KB)

10.jpg (77 KB)

11.jpg (77 KB)

Musavat.com

10.02.2024 17:36
3369