Dünyanın “doqquzluğu”na top vura biləcək 9 dövlət – “Nüvə dövlətləri klubu” təhlükəsi

Nüvə silahına malik olan dövlətlərin dünyadakı gərginlik fonunda öz arsenallarını genişləndirdiyi barədə xəbərlər yayılıb. Cəbbəxanalarındakı ölümsaçan kütləvi qırğın silahları, raketlər, bombalar azmış kimi, onlar yeni sürətlə silahlanma yarışına çıxıblar.

Bu barədə məlumat Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) yeni hesabatında yayıılb. Bildirilir ki, bu günə qədər nüvə dövlətlərinin əlində 12 512 nüvə başlığı vardısa, indi bu rəqəm daha da artacaq. Dünyanı dağıtmaq, planeti məhvərindən qoparıb parçalanmış asterodlərə döndərmək üçün isə bunun 100-də biri (125-i) də bəs edir.

Hazırda dünyada 9 nüvə dövləti var. Bunlar aşaıdakılardır: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail.

Birləşmiş Ştatlar nüvə ölkələri arasında 1770 döyüş başlığı ilə liderdir. İkinci yeri 1674 döyüş başlığı ilə Rusiya, üçüncü və dördüncü yerləri Fransa (280 döyüş başlığı) və Böyük Britaniya (120 döyüş başlığı) tutur.

Çin 2022-ci ildə nüvə arsenalını 350-dən 410 döyüş başlığına çatdırıb.

16865546984391759816_1200x630.jpg (161 KB)

2023-cü ilin yanvar ayına olan məlumata görə, döyüş başlıqlarının 9576-sı potensial istifadə üçün hərbi ehtiyatlarda saxlanılır. Onların təxminən iki minə qədəri Rusiya və ABŞ-ın arsenalındadır və daimi döyüş hazırlığı vəziyyətindədir. Hazırda bu dövlətlərin prezidentləri və nüvə raketi buraxılışına məsul olan yüksək rütbəli hərbçiləri “nüvə çamadanı” ilə gəzir, onunla yatıb-dururlar.

n-1.JPG (55 KB)

Nüvə silahını ilk əldə edən dövlət ABŞ-dır. Bu dövlət nüvə proqramını reallışdırmağa 21 oktyabr 1939-cu ildə başlayıb, ilk sınağı 16 iyul 1945-ci ildə həyata keçirib. 1945-ci ilin avqustunda Yaponiyanın Xirosima və Naqasaki şəhərlərində istifadə edib. Bundan başqa, ABŞ İlk termonüvə partlayışını 1 noyabr 1952-ci ildə, son sınaq 23 sentyabr 1992-ci ildə həyata keçirib.

n-rus2.JPG (41 KB)

Müasir Rusiyanın sələfi SSRİ nüvə silahının yaradılmasına 1942-ci ildə start verib. Proqrama SSRİ-nin baş nazirinin müavini Lavrenti Beriya rəhbərlik edib. İlk nüvə bombası 1949-cu ildə hazırlanıb və sınaqdan keçirilib. 1950-ci ildə SSRİ-nin müdafiə naziri Kliment Voroşilov ölkənin atom bombasına malik olduğunu dünyaya elan edib. Hazırda Rusiya ən çox nüvə başlığı olan ikinci ölkədir.

n-ing-3.JPG (37 KB)

Böyük Britaniya nüvə proqramını 10 aprel 1940-cı ildə reallaşdırmağa başlayıb, qorxunc silahın ilk sınağl 3 oktyabr 1952-ci ildə keçirilib. Bu ölkə ilk termonüvə partlayışını 15 may 1957-ci ildə edib, son sınaq 26 noyabr 1991-ci ildə olub. BB cəmi 45 sınaq keçirib.

n-fran-4.JPG (33 KB)

Fransa nüvə proqramının icrasına 26 dekabr 1954-cü ildə başlayıb, 6 ildən sonra, 13 fevral 1960-cı ildə silahın ilk sınağını keçirib. Bu dövlət öz sınaq poliqonu kimi müstəmləkəsi olan Əlcəzairin ərazisindən istifadə edib. Ümumilikdə Fransa 210 sınaq həyata keçirib.

n-cin-6.JPG (45 KB)

Çin nüvə silahı hazırlamaq işinə hələ 1950-ci illərin sonunda başlayıb. Çinə bu işdə SSRİ kömək edib. Dövlət başçısı Mao Tzsedun nüvə silahı olmasa, dünya birliyinin Çini ciddi qəbul etməyəcəyinə inanırmış. Bu fikir 1954-55-ci illərdə Tayvan boğazındakı birinci böhranı zamanı daha da güclənib.

Sovet İttifaqının köməyi ilə Çin uran əsaslı eksperimental nüvə reaktorunu, siklotronu və digər qurğuları təchiz edib. Lakin Çin-SSRİ münasibətlərinin soyuması səbəbindən yardım dayandırılıb və sovet elmi məsləhətçiləri geri qayıdıb.

Çin ilk atom bombasını 1964-cü ildə Lop Nor gölü yaxınlığındakı poliqonda sınaqdan keçirib. 22 kilotonluq bu sınaqdan sonra Çin nüvə raketi də düzəldib və 1967-ci ildə hidrogen bombası hazırlayıb.

N-HİND-7.JPG (41 KB)

Hindistan uzun illər Pakistanla Kəşmir vilayəti uğurunda girişdiyi müharibəyə görə nüvə silahı əldə etmək ehtiyacı duyub və 18 may 1974-cü ildə artıq ilk nüvə silahının sınağını keçirib. Sınaq əməliyyatına "Gülümseyən Budda" adı qoyublar, amma Hindistan belə bir silah əldə etdiyini boynuna almayıb, hətta danıb. 1990-cı illərin əvvəllərində Hindistan dünya ictimaiyyəti tərəfindən qeyri-rəsmi nüvə silahına malik ölkə kimi təsnif edilirdi.

n-pak-8.JPG (37 KB)

Pakistan da eynilə Hindistanla müharibə vəziyyətində olması səbəbindən, bir az da “qonşudan dala qalma” prinsipi ilə nüvə silahı əldə etmək işinə girişib və bunu bacarıb. Proqramın icrasının bilavasitə səbəbi Pakistanın Hindistanla müharibədə ağır məğlubiyyətə düçar olması olub.

Bu ölkənin nüvə proqramı 1972-ci ilin yanvarında başlayıb. Ölkənin baş naziri Zülfüqar Əli Bhutto Pakistanın nüvə bombasının yaradılması haqqında sərəncam imzalayıb. 1976-cı ilin iyulunda Əbdül Kadir Xanın rəhbərliyi altında tədqiqat laboratoriyalarında (Kahuta) nüvə silahının yaradılması üzərində iş başlanıb. 28 may 1998-ci ildə Pakistanın ilk nüvə sınağı Bəlucistan əyalətinin Çaqay şəhərinin yaxınlığında keçirilib, beş yeraltı partlayış törədilib, ardınca mayın 30-da növbəti sınaq keçirilib. Pakistan bununla da dünyada nüvə silahına malik səkkizinci dövlət olub.

N-KOR-7.JPG (49 KB)

Şimali Koreya nüvə silahını Rusiyanın yardımı ilə yaradıb. 10 fevral 2005-ci ildə KXDR ilk dəfə ölkədə nüvə silahının yaradılmasını açıq elan edib. 9 oktyabr 2006-cı ildə Şimali Koreya ilk nüvə partlayışı keçirib. 2012-ci ilin aprelində KXDR-in konstitusiyasına ölkənin nüvə statusu ilə bağlı düzəlişlər edilib. Hazırda dünyada hamıdan çox nüvə başlığı daşıyan raketləri sınaqdan keçirən ölkə KXDR-dir.

Nüvə proqramı və Şimali Koreyanın raketlərinin buraxılması ABŞ və Yaponiyanı narahat edir - onlar dəfələrlə KXDR-ə qarşı sərt sanksiyalar tətbiq ediblər. Eyni zamanda, Çin, rəsmi qınaqlara baxmayaraq, KXDR-in hərbi müttəfiqi və iqtisadi tərəfdaşı olaraq qalır.

N-İSR-9.JPG (45 KB)

“Nüvə dövlətləri klubu”nun bir üzvü də İsraildir. Əslində İsrail bu silahı əldə edən 7-ci dövlətdir. Fəqət İsrail arsenalında nüvə silahı olduğunu rəsmi şəkildə etiraf etmir və “Nüvə silahlarının yayılmaması müqaviləsi”ni imzalamayıb.

Bununla belə, İsrail nüvə silahına malik olma faktını rəsmi olaraq inkar da etmir. Güman olunur ki, bu dövlət hələ ötən əsrin 70-ci illərinin ortalarında nüvə silahı əldə edib. İsrailin bu silaha ehtiyacını şərtləndirən amil ərəb ölkələri ilə düşmənçilik münasibətində olmasıdır. Belə anlaşılır ki, məhz nüvə silahına malik olması amili ərəb ölklərinin regionda yəhudi dövlətinin mövcudluğu ilə barışmağa vadar edib. Yoxsa ərəb dövlətləri 1960-cı illərdə İsraili dövlət olaraq süqut etdirmək fikrində idilər.

İR-İR-İRA.JPG (59 KB)

Hazırda İran da bu fikirdədir və o, “Nüvə dövlətləri klubu”nun 10-cu üzvü olmaq istiqamətində çalışır, reaktorlar tikir, raketlər hazırlayır, uranı zənginləşdirir. ABŞ, İsrail və digər dövlətlər kəskin şəkildə buna qarşıdırlar və İranın nüvə dövləti olmasını istəmirlər. Ancaq tətbiq edilən bütün sanksiyalar İranı durdurmur.

Dünyanın qüdrətli dövlətlərindən Yaponiyanın, Almaniyanın, Cənubi Koreyanın, Braziliyanın, Kanadanın, İtaliya və Türkiyənin nüvə silahı yoxdur və onu əldə etmək üçün hər hansı bir proqrama malik deyillər. Əvəzində onların ordusu və iqtisadiyyatları güclüdür. Yoxsulluq içində yaşayan KXDR nüvə silahına malik olsa da, bu ölkədəki həyat səviyyəsi Koreya yarımadasının cənubunda yaşayan soydaşlarının qurduğu dövlətdə olduğundan 100 dəfə aşağıdır. Nüvəsiz Cənubi Koreya dünyanın ən varlı dövlətlərinin ilk onluğuna daxildirsə, raketli Şimali Koreya dünyanın ən kasıb 10 ölkəsinin içindədir.

Bir sözlə, dünya üçün real təhlükə vəd edən ölkələrin sayı cəmi 9-dur. Planeti dağıtsa, bu 9 ölkədən ikisi və ya üçü dağıdacaq. Digərlərinin düymə sıxmağa macalı olmayacaq.

Araz Altayoğlu, Musavat.com

12.06.2023 14:30
1956