2030-cu ilə qədər neftə olan gündəlik tələbat hazırkı 102 milyon bareldən 110-115 milyon barelədək arta bilər.
Musavat.com xəbər verir ki, bu proqnozla Rusiya Baş nazirin müavini Aleksandr Novak “Neft və qaz bazarının gələcəyi: qlobal tələbatın perspektivləri və istehsalçıların planları” mövzusunda müzakirələr zamanı çıxış edib.
Onun fikrincə, bu artım neft-kimya sənayesinin inkişafı, hava nəqliyyatı ilə hərəkətin çoxalması hesabına baş verə bilər.
Novakın sözlərinə görə, Qərbin Rusiya neftinə qarşı sanksiyalarına görə neft bazarında balans dəyişməyib, daşıyıcılar udub, istehlakçılar ödəyir:
“Təchizat zəncirlərinin və strukturlarının yenidən bölüşdürülməsi var, bu müdaxilələr nəticəsində istehlakçılar üçün qiymətlər artır, təbii ki, bu, bazar münasibətlərinə, bazarın tənzimlənməsinə süni müdaxilədir”.
Musavat.com