Dünyada karbohidrogenlərin kəşfiyyatı və hasilatına investisiyalar kəskin artıb

Enerji təhlükəsizliyinə diqqətin artması fonunda 2023-cü ildə dünyada karbohidrogenlərin kəşfiyyatı və hasilatına qoyulan investisiyalar 2020-ci ilə nisbətən təxminən 25 faizə yaxın artıb.

Musavat.com xəbər verir ki, bu qiymətləndirmə Rusiyanın enerji nəhəngi “Qazprom”un açıqlamasında yer alıb.

İdarə Heyətinin iclasından sonra yayılan açıqlamada qeyd olunur ki, qlobal enerji bazarının inkişafının qeyri-müəyyənliyini nəzərə alaraq, bir çox ölkələrdə enerji təhlükəsizliyi məsələlərinə diqqət artır: “2023-cü ildə karbohidrogenlərin kəşfiyyatı və hasilatına qlobal investisiyalar 2020-ci il səviyyəsinin 124 faizini təşkil edib".

Musavat.com

19.12.2023 18:40
450