Dünyada buğda istehsalı azalacaq - ABŞ Kənd Təsərrüfatı Nazirliyi

ABŞ Kənd Təsərrüfatı Nazirliyi cari kənd təsərrüfatı ilində (iyul 2024 - 2025-ci il) Rusiyadan buğda ixracı proqnozunu 48 milyon ton səviyyəsində saxlayıb.

Musavat.com nazirliyin aylıq hesabatına istinadən xəbər verir ki, artıq beşinci aydır ki, proqnoz dəyişmir. May proqnozu 52 milyon ton idi.

Nazirliyə görə, bu il Rusiyada buğda yığımı sentyabrdakı proqnozda nəzərdə tutulan 83 milyon ton deyil, 82 milyon ton təşkil edəcək.

Avropa İttifaqı üçün buğda ixracı proqnozu bir ay əvvəlki 31,5 milyon tondan yenə azaldılaraq 30 milyon tona endirilib. Sentyabr ayında proqnoz avqust ayı ilə müqayisədə 3,5 milyon ton azaldılmışdı.

Dünya buğda məhsulu üzrə proqnoz 794,88 milyon ton (sentyabr proqnozunda 796,88 milyon ton), qaba taxıl - 1 milyard 500,11 milyon ton (1 milyard 502,45 milyon ton), qarğıdalı - 1 milyard 217,19 milyon ton (1 milyard 218 milyon ton) nəzərdə tutulur.

 

Musavat.com

12.10.2024 00:14
199