Dünyaca məşhur, Bursada doğulmuş DJ Mahmut Orhan Türkiyə Futbol Federasiyasının 3-cü Liqasında çempion olan “Bursaspor”a dəstək olmaq və çempionluğu qeyd etmək məqsədilə doğma şəhərinə qayıdıb.
Musavat.com-un xəbərinə görə, Mahmut Orhan Atatürk İdman Kompleksindəki Matlı Stadionunda konsert verib.
Minlərlə insanın iştirak etdiyi tədbirdə musiqi və işıq şouları ilə coşğu yaşanıb. Konsertdə “Bursaspor” futbolçuları da iştirak edib.
Musavat.com