Dövlət borcu ABŞ iqtisadiyyatını “uçurumun kənarına” doğru aparır.
Musavat.com xəbər verir ki, bu fikri Amerikanın JPMorgan bankının rəhbəri Ceyms Dimon səsləndirib.
O, Fox News-a müsahibəsində deyib: "Bu, uçurumdur və biz bu uçuruma baxırıq. Hələ təxminən 10 il var, lakin biz saatda 60 mil (təxminən 97 km/saat – red.) sürətlə ona doğru tələsirik".
Dimon ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Pol Rayanın qartopu kimi böyüyən milli borcu Birləşmiş Ştatların tarixində "ən proqnozlaşdırıla bilən böhran" adlandırması ilə razılaşdığını bildirib.
ABŞ-ın maliyyə naziri Janet Yellen bir müddət əvvəl ABŞ-ın 34 trilyon dollarlıq dövlət borcunun həcmini “qorxulu” adlandırmışdı.
Yanvarın əvvəlində ABŞ Maliyyə Nazirliyi ölkənin dövlət borcunun 34 trilyon dolları keçdiyini bildirib. 2023-cü ildə o, 4 trilyon dollardan çox artıb.
Musavat.com