Qlobal neft ehtiyatları hazırda beş illik orta göstəricidən aşağıdır.
Musavat.com xəbər verir ki, bunu OPEC+ monitorinq komitəsinin iclasının yekunları ilə bağlı danışarkən Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
Onun sözlərinə görə, qlobal neft tələbinin 2024-cü ildə gündəlik 2,2 milyon barel artacağı gözlənilir: “Dünya neft bazarlarında vəziyyət sabitdir, 2024-cü ilin sonuna tələbat artımı gündə 2,2 milyon barel olacaq”.
Novak həmçinin qeyd edib ki, bu gün OPEC+ ölkələri nazirlərin iyunun 2-də keçirilən iclasında neft hasilatına qoyulan ümumi məhdudiyyətlərin 2025-ci ilin sonuna qədər qüvvədə olması ilə bağlı qəbul edilmiş qərarları bir daha təsdiqləyiblər.
Musavat.com