Dünya əhalisi qida sektorund bahalı brendləri kiçik etiketlərə dəyişir – HESABAT

“Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı brendinə malik qida istehsalçılarının növbəti reytinqini tərtib edib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, reytinqə yeddinci dəfədir ki, “Nestle” liderlik edir. Şirkətin açıqladığı hesabatda qeyd olunur ki, brendin dəyəri il ərzində 7 faiz azalaraq 20,8 milyard dollara çatsa da, Nestlé-nin yüksək reputasiyası və davamlılığı ona qlobal qida sənayesində birinci yeri saxlamağa kömək edib.

Bu ilLay's brendi ikinci yerə yüksəlib. Onun dəyəri il ərzində 9 faiz artaraq 12 milyard dollara çatıb. Üçüncü yerdə dəyəri 11,6 milyard dollar olan “Yili” brendi qərarlaşıb.

Ümumilikdə, qlobal qida və içki seqmenti üzrə bu il marka dəyəri 4 faiz azalaraq 268 milyard dollara düşüb: “İstehlakçılar getdikcə böyük brendlərdən uzaqlaşaraq unikal, fərdiləşdirilmiş məhsullar təklif edən daha kiçik özəl etiketlərə keçirlər”.

 

Musavat.com

23.08.2024 22:30
388