ABŞ-da kommersiya neft ehtiyatları ötən həftə 2,74 milyon barel artaraq 459,99 milyon barrelə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumat ölkənin Energetika Nazirliyinin həftəlik hesabatında əksini tapıb.
Benzin ehtiyatları 1,15 milyon barel azalaraq 227,38 milyon barelə, kommersiya distillat ehtiyatları 2,76 milyon barel azalaraq 114,97 milyon barrelə düşüb.
Mütəxəssislər neft ehtiyatlarının 1,65 milyon barel artacağını, benzin ehtiyatlarının 1 milyon barrel və distillə ehtiyatlarının 900 min barrel azalacağını gözləyirdilər.
Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarına dair məlumatın açıqlanmasından sonra dünya bazarında neftin ucuzlaşması prosesi sürətlənib. Brent markalı neft 3 dollara yaxın ucuzlaşaraq 87 dollara düşüb.
ABŞ-da ehtiyatlara dair məlumatdan əlavə, inflyasiyanın azaldılmasında zəif irəliləyiş fonunda Federal Ehtiyat Sisteminin əsas faiz dərəcəsini bazarın gözlədiyindən daha uzun müddət yüksək saxlaması ilə bağlı narahatlıqlar da neft qiymətlərinə azaldıcı təsir göstərir. Bu, potensial olaraq Amerika iqtisadiyyatına və ABŞ-da neftə olan tələbata mənfi təsir göstərə bilər.
Musavat.com