Dünya bazarında neft cüzi ucuzlaşıb

Dünya bazarında neftin qiymətləri ötən iki həftə ərzində təxminən 10 % artdıqdan sonra bazar ertəsi səhər aşağı düşüb.

“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin noyabr fyuçersləri 0,19 % ucuzlaşaraq 1 bareli 90,48 ABŞ dollarına satılıb.

WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,53 % azalıb və 1 bareli 87,05 ABŞ dolları təşkil edib.

11.09.2023 10:16
530