Dünya Bankı Türkiyəyə 1 milyard dollar ayırdı

Dünya Bankı Türkiyəyə 1 milyard dollar kredit ayırıb.

Musavat.com Reutersə istinadən xəbər verir ki, vəsait bərpa olunan enerjidən istifadənin genişləndirilməsi səylərini dəstəkləməyə yönəlmiş proqramın maliyyələşməsinə sərf olunacaq.

Proqram Türkiyədə günəş enerjisi bazarının yaradılmasına və genişləndirilməsinə, akkumulyator istehsalı üçün pilot proqramın işə salınmasına kömək edəcək.

Məlumata görə, proqram üzrə Dünya Bankının tərəfdaşları Türkiyə İnkişaf və İnvestisiya Bankı (TKB) və Türkiyə Sənaye İnkişaf Bankı (TSKB) olacaq.

Musavat.com

16.05.2024 20:55
793