Dumanın Komitə sədri Ermənistanı hədələdi: Ukraynanın taleyi gözləyir...

Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski hesab edir ki, Ermənistan Ukraynanın taleyini təkrarlaya bilər.

Musavat.com xəbər verir ki, bu barədə o, NEWS.ru-ya açıqlamasında danışıb.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi öz hakimiyyətini qorumaq üçün yanlış hesablamalara və səhvlərə görə məsuliyyətdən azad olmağa və xilas yolunu Qərbdə tapmağa çalışır: “Biz bunun - kənar nəzarətə keçid və Qərb strukturlarının qlobal maraqlarına xidmət etməyin necə bitdiyini Ukrayna rejiminin timsalında görürük”.

Deputat hesab edir ki, kollektiv Qərb “vassallarından” “total russofobiya siyasəti”nin tətbiqini və “geosiyasi düşmən” hesab etdiyi Rusiya ilə əlaqələri kəsməyi “tələb edir”. O, Ermənistanın ölümcül səhv etməyəcəyinə ümid etdiyini bildirib.

Musavat.com

21.08.2024 20:08
939