Türkiyəli dublyaj ustası Jeyan Mahfi Tözüm vəfat edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "Yeşilçam"da Türkan Şoray, Filiz Akın, Belgin Doruk, Hülya Koçyiğit, Fatma Girik, Emel Sayın kimi aktrisaların səsləndirməsini edən Jeyhan 94 yaşında dünyasını dəyişib.
O İstanbulda qaldığı qocalar evində vəfat edib. Tözümün cənazəsi Zincirlikuyu məscidində götürüləcək.
Dublyaj ustası Zincirlikuyu məzarlığında dəfn olunacaq.