DSX rəisi Şəhidlər xiyabanını ziyarət edib

Vətən müharibəsinin ikinci ildönümü münasibətilə sentyabrın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun şəxsi heyəti II Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə Musavat.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, torpaq­larımızın işğaldan azad olunması uğrunda şəhadətə qovuşan Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub, məzarları üzərlərinə gül dəstələri düzülüb.

27.09.2022 11:19
663