Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının tələbəsi yol qəzasında vəfat edib.
Bu barədə Musavat.com-a Xidmətin Mətbuat Mərkəzindən xəbər verilib.
Qeyd olunub ki, bu gün 19:30 radələrində akademiyanın 3-cü kurs kursantı Mahmudov Laçın Tərlan oğlu məzuniyyətdə olarkən Qəbələ rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi kursantın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
***
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a bildirilib ki, ötən gün saat 19:20 radələrində Ramiz Qəribov idarə etdiyi "QAZ-3102" markalı avtomobillə Qəbələ rayonunun Uludaş kəndində hərəkətdə olarkən piyada, 2003 - cü il təvəllüdlü Laçın Mahmudovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.