Döyülərək öldürülən Elgünün imtahan nəticələri açıqlandı - FOTO

Gəncədə döyülərək öldürüldüyü iddia edilən 11- ci sinif şagirdi Elgün İbrahimovun mayın 4-də verdiyi Azərbaycan dili imtahanının nəticəsi açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov sosial media hesabında paylaşım edib. O bildirib ki, Elgün Azərbaycan dili fənnindən 100 baldan 85 bal toplamağı bacarıb.

"Bu barədə bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən SMS bildiriş göndərilib: "İbrahimov Elgün Zaur: 04.05.2025 tarixində Azərbaycan dili (dövlət dili) fənnindən keçirilmiş imtahanda 100 baldan 85.0 bal toplamısınız".

Eyni zamanda 09.03.2025-ci il tarixində keçirilən DİM-in 11-ci sinif buraxılış imtahanında isə 204 bal (300 baldan) toplayıb.

Təhsilinə xüsusi önəm verən Elgün bu nəticəni əldə etmək üçün aylarla əziyyət çəkib. Lakin onun taleyinə çalışqanlığının bəhrəsini görmək, uğurunu ailəsi ilə bölüşmək yazılmadı.

Allah rəhmət eləsin".

Şahanə Rəhimli

Musavat.com


17.05.2025 01:55
1686