"Dövlətlər bu məsələdə birlik nümayiş etdirməsələr..." - BMT-dəki kritik iclasla bağlı MÜHÜM AÇIQLAMA

Xəbər veridiyimiz kimi, BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında “Kibercinayətlərə və İnformasiya-kommunikasiya texnologiyalarından (İKT) cinayət məqsədləri üçün istifadəyə qarşı mübarizə ilə bağlı Beynəlxalq Konvensiya”nın hazırlanması üzrə yekun iclas keçirilib.

Musavat.com xəbər verir ki, BMT-yə bütün üzv dövlətlərin cəlb olunduğu, Azərbaycan Respublikasının da fəal iştirak etdiyi və 3 ildir davam edən bu prosesin son sessiyasında (29 iyul - 09 avqust) bir sıra dövlətlərin nümayəndə heyətlərinin ciddi fikir ayrılıqları səbəbindən yekun layihənin qəbulunda çətinliklər yaranıb.

Belə ki, yekun iclasda ölkələrin nümayəndə heyətləri tərəfindən Konvensiyanın qüvvəyə minməsi üçün tələb olunan minimum üzvlük sayı, texniki yardım üzrə əməkdaşlıq və digər mövzular barədə məsələlərə dair, hətta beynəlxalq müqavilənin yekun adı ilə bağlı kəskin ziddiyyətli mövqelər irəli sürülməkdədir.

Yekun Konvensiya layihəsi qəbul olunarsa və BMT-yə üzv dövlətlər tərəfindən ratifikasiya olunarsa müasir dövrün və rəqəmsallaşan dünyanın ən aktual və praktik sənədi olacağı gözlənilir.

Bu halda sülh sazişindən söhbət gedə bilməz" - Xəyal Bəşirov News 365

Mövzu ilə bağlı Yeni Müsavat-a danışan siyasi ekspert Xəyal Bəşirov bildirib ki, bu, yeni məsələ deyil, 3 ildən artıqdır ki, proses başlayıb: "Konvensiyanın hazırlanması əslində çoxdankı zərurət idi. Daxili İşlər Nazirliyi daxilində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Eyni zamanda bu sahədə məsul olan Elektron Təhlükəsizlik Xidməti və müvafiq adiyyəti qurumlar var.
Onların tərkiblərində ayrı- ayrı şöbə və idarələr var ki, bu proseslə mübarizə tədbirlərini həyata keçirirlər. Ümumiyyətlə, informasiya - texnologiya kommunikasiyaları insanların, cəmiyyətin, dövlətlərin işini nə qədər asanlaşdırsa da, təəssüflər ki, bu vasitələrlə cinayət edənlərin, qanuna zidd hərəkət edənlərin də işlərini asanlaşdırır. Bizim cəmiyyətdə də kibercinayətlər aktual məsələlərdən biridir. İnsanların bank kartlarından pulların çıxarılır, ayrı- ayrı dövlət qurumlarına qarşı kütləvi qanun pozuntuları edilir.

Dünyanın istənilən nöqtəsində oturub kiberdələduzluq edirlər. Ona görə də dövlətlər bu məsələdə birləşməlidir. Bu gün qloballaşan dünyamız sanki hörümək toru kimi informasiya- kommunikasiya texnologiyaları ilə əhatə olunub. Onun imkanlarlarında istifadə edən cinayətkar qruplar bu məsələdə öz maraqları üçün istənilən addımları atırlar. Dövlətlər bu məsələdə birlik nümayiş etdirməsələr, prosesin qarşısını almaq mümkün olmayacaq. BMT səviyyəsində bu tədbirin keçiriməsi bunun nə dərəcədə vacib bir problem olduğundan xəbər verir. Düşünürəm ki, Azərbaycan bu və ya digər belə qlobal səviyyəli problemlərlə bağlı razılaşmalarda , konvensiyalarda, beynəlxalq sənədlərdə həssaslığını göstərməlidir. Əgər dünya dövlətləri kollektiv addımlar atmasalar, bu konvensiyanın elə də əhəmiyyəti olmayacaq".

Ekspert daha sonra bildirib ki, düya dövlətləri bu konvensiya hələ qəbul olunmamış razılığa gələ bilmirlər: Bu da bəşəriyyətin ümumi maraqlarına xidmət etmək məsələsində hamının xoş niyyətli olmamasından xəbər verir . Düşünürəm ki, dövlətlər bunun həssaslığını anlasalar və dünya bir ailə kimi bu məsələyə yanaşsa, ümumi birgə yanaşma tərzi ortaya qoyulsa, bu məsələdə uğur əldə etmək olar. Hansısa dövlət kənarda qalsa, bu ümumi zəncirin pozulmasına gətirib çıxaracaq”.

Şahanə Rəhimli
Musavat.com

10.08.2024 13:04
606