Dövlət Xidməti Ağdamda restavrasiya edilən məscidlə bağlı məsələyə aydınlıq gətirib

Ağdamın Xındırıstan kəndində yerləşən məscid tarixi abidə kimi dövlət mühafizəsində olan abidələrin siyahısına daxil deyil.

Bu barədə APA-ya Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.

Qeyd edək ki, Ağdamın Xındırıstan kəndində yerləşən məscidin restavrasiyadan sonrakı halı sosial mediada müzakirələrə səbəb olub.

03.04.2024 17:27
807