Dövlət sərhədində mövqelərimiz atəşə tutuldu -RƏSMİ

Dövlət sərhədində mövqelərimiz atəşə tutulub.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Tovuzqala rayonunun Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.

01.06.2022 08:54
837