"Bizdə olan məlumata görə, Ağdam rayonunun işğaldan azad edilən Sarıcalı kəndinin ərazisində hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlarımız da ermənilər tərəfindən qətlə yetirilib".
Musavat.com-a xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
"Ərazidə ANAMA tərəfindən təmizləmə işləri həyata keçirilib. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssisləri tərəfindən ilkin qazıntı işləri aparılıb. Mütəxəssislərin rəyinə əsasən, təxminən 4 nəfərə aid skelet müəyyən olunub. Burada sümüklərdən görünür ki, insanlara aid əlavə sümüklər də var. Bu səbəbdən burada qazıntı işləri davam etdirilməlidir. Yaxın ərazilərdə də qazıntı işləri aparılacaq", - o əlavə edib.