Tayland hökuməti dövlət ehtiyatlarından əhaliyə 145,6 milyard baht (4,4 milyard dollar) məbləğində nağd ödəniş olunması barədə qərar qəbul edib.
Musavat.com "The Straits Times"a istinadən xəbər verir ki, məqsəd iqtisadi artımı stimullaşdırmaqdır.
Ödənişlər ölkə üzrə 14,6 milyon insana, o cümlədən 12,4 milyon dövlət sosial sığorta kartı sahibinə və 2,15 milyon əlilliyi olan şəxsə veriləcək.
Sentyabrın 17-də Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə maliyyə naziri Piçai Çunhavajira bildirib ki, hökumət sentyabrın 25-dən hər adama 10 000 baht köçürməyə başlayacaq.
Ödəniş prosesinin sentyabrın sonunadək başa çatdırılması gözlənilir. Sentyabrın əvvəlində vəzifəyə başlayan Taylandın yeni baş naziri Phetong Than Shinavatra iqtisadiyyatın canlanmasına diqqət yetirir. Ölkənin ÜDM-i son on ildə ildə təxminən 2 faiz artıb ki, bu da qonşu İndoneziyanın artım tempinin yarısından azdır. Rəsmi proqnozlara görə, ev təsərrüfatlarına ödənişlər Taylandın ÜDM artımını bu il 35 baza bəndi artıracaq.
Əvvəlki hökumət başçısı Settha Thaweesin rəqəmsal pul kisəsi proqramı vasitəsilə təxminən 45 milyon yetkin taya müavinət ödəyəcəyini vəd etdi. Yeni baş nazir digər sakinlər üçün müavinətləri gələn ilə qədər təxirə salaraq, ilk növbədə cəmiyyətin ən yoxsul təbəqələrini dəstəkləməyə qərar verib.
İkinci rübdə ölkə iqtisadiyyatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artıb.
Dünya Bankının məlumatına görə, 2022-ci ildə Taylandın əhalisi 71,7 milyon nəfər olub.
Musavat.com