Dövlət Agentliklərində yüksək vəzifəyə təyinatlar

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sözçü təyin olunub.

Bu barədə Musavat.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi vəzifəsinə Zenfira Sevdimalı gətirilib.

Pərviz Əliyev isə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sözçüsü təyin olunub.

Musavat.com

16.11.2023 13:42
2090