Türkiyədə film kimi olay yaşanıb.
Bursa vilayətində yaşayan İlyas Sarıkaya adlı şəxs 43 yaşlı sevgilisinin dostu ilə xəyanətindən şübhələnib. O, dostunu evinə çağıraraq onu öldürüb. Sonra isə sevgilisini yaralayıb. Dostunun meyitini günlərlə evində saxlayan İlyas Sarıkaya həmin müddət ərzində sevgilisinin razılığı olmadan onunla dəfələrlə cinsi əlaqədə olub. Qız ilk fürsətdə telefonla anasına mesaj yazıb kömək istəyib. Hadisə yerinə gələn polislər tərəfindən İ.Sarıkaya saxlanılıb, meyit evdən çıxarılıb, qadının həyatı xilas edilib.//Milli.Az
Hakim qarşısına çıxarılan İlyas Sarıkayanın ömürlük həbsi tələb olunub.