Əməkdar artist Yusif Mustafayev dostlarının ona olan borcundan danışıb.
Yenisabah.az xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” proqramında söz açıb.
O bildirib ki, bir dostunun ona 60 000, digərinin isə 51 000 manat borcu var.
Sənətçi efirdən onlara səslənərək borcu qaytarmalarını tələb edib.
Mustafayev onu da qeyd edib ki, sözügedən şəxslər imkanlı olmaqlarına baxmayaraq, 12-13 ildir borclarını qaytarmırlar.