“Dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik”- İsrail səfiri

“Bu gün - Anım Günündə biz Azərbaycandakı və regiondakı dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik”.

Musavat.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik öz tviter səhifəsində yazıb.

“Biz onların ailələrinə başsağlığı veririk. Biz Cənubi Qafqazda hamının ləyaqətli gələcəyini təmin edəcək sülh üçün dua edirik”, - deyə səfir qeyd edib.

27.09.2022 17:12
625