Dost ölkədə güclü zəlzələ

Pakistanın Pəncab əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Musavat.com xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Altay-Sayan bölməsinin məlumatına əsasən zəlzələnin episentri Dera Qazi Xan şəhərindən 63 km şimal-qərbdə yerləşib.

Episentrdə yeraltı təkanların intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 5,3 bal gücündə qiymətləndirib. Onun məlumatına görə, zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Hələlik dağıntı və tələfatla bağlı məlumat verilməyib.

Musavat.com

29.06.2025 09:13
1147