Dost hesab edilməyən addımlar atılırdı... - Prezidentdən MÜHÜM ÇIXIŞ

Azərbaycanın ABŞ-la yenidən dost münasibətlərinin olacağına ümid edirik.

Musavat.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə çıxışı zamanı bildirib.

“Bizim nümayəndələr əlaqə saxlayır. Hesab edirəm ki, düzgün istiqamətdəyik”, - Prezident vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, ABŞ-nin əvvəlki administrasiyası əlaqələri uçuruma aparıb:

“Ukrayna məsələsində ərazi bütövlüyünə dəstək verirdilər, amma bizə belə münasibət yox idi. Bayden dövründə dost hesab edilməyən addımlar atılırdı”.

19.07.2025 18:35
721