Dörd ölkədən Brüsselə tələb: Rusiyadan maye qaz alışı dayandırılsın

Latviya, Litva, Polşa və Estoniya parlamentləri Avropa İttifaqını Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınmasını dayandırmağa çağırıb.

Musavat.com xəbər verir ki,bu barədə TVnet məlumat yayıb.

Parlamentlərin birgə müraciətində qeyd edilir ki, Rusiyadan LNG almağa davam etməklə, AB bu ölkədən asılılığını qoruyur: “Bu, Avropa İttifaqının birliyini pozur və ictimai etimadı azaldır”.

Müraciətdə Aİ-dən “siyasi qərar” qəbul etməyi və bununla bağlı uzunmüddətli öhdəlik götürərək 2027-ci il yanvarın 1-dən Rusiyadan LNG alınmasından imtina etməyi təklif edirlər.

Eyni zamanda vurğulanır ki, Avropada artıq mövcud olan mayeləşdirilmiş təbii qaz terminalları Avropa ölkələrinə “qaz idxal marşrutlarını şaxələndirməyə” kömək etməlidir: “Bu marşrutlar Rusiya qazının Avropaya çıxışı üçün arxa qapıya çevrilməməlidir”.

Musavat.com

20.09.2024 20:52
405